Onlarla uşaq məktəb yeməklərindən zəhərləndi

Onlarla uşaq məktəb yeməklərindən zəhərləndi
28 Fev 2025 10:30

Rusiyada məktəbli uşaqlar kütləvi şəkildə zəhərləniblər. Hadisə Xabarovskda baş verib. Vilayət prokurorluğunun yaydığı məlumata görə, uşaqların məktəb yeməklərindən səhhətində ciddi problemlər yaranması ehtimal edilir. 


"Hadisə 68 saylı məktəbdə baş verib. Fevralın 17-dən 23-dək 25 tələbə bağırsaq infeksiyası əlamətlərinə görə həkimə müraciət edib.

Məktəbə baxış keçirilib və müəyyən edilib ki, ictimai iaşə müəssisəsi olan “Kombinat pitaniya” ASC tərəfindən qanunvericiliklə müəyyən edilmiş sanitar-epidemioloji normalara riayət olunmur. Müəssisə vəzifəli şəxslər tərəfindən yetkinlik yaşına çatmayanların tərbiyəsi və təhsili ilə bağlı qanun pozuntularını da müəyyən edib", - məlumatda qeyd edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada