Oman sahillərində daha bir tankerə hücum edilib

Oman sahillərində daha bir tankerə hücum edilib
18 İyl 2026 22:20

Oman sahillərindən 100 km şərqdə bir tankerə hücum edilib.

News365.az xəbər verir ki, bu barədə Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatı Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.

"UKMTO, Omanın Duqm şəhərindən təxminən 100 km şərqdə bir ticarət gəmisi və silahlı qüvvələrlə bağlı hadisə barədə məlumat alıb. Məlumatlara görə, tanker bölgədə davam edən hərbi fəaliyyətdən təsirlənib", - məlumatda deyilir.

Gəminin hansı ölkəyə aid olması və hadisə ilə bağlı geniş məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada