Niyazi Mehdi harda dəfn olunacaq?

Niyazi Mehdi harda dəfn olunacaq?
28 Fev 2025 10:33
Tanınmış filosof, fəlsəfə elmləri doktoru Niyazi Mehdi Məştağa qəbiristanlığında dəfn olunacaq.
 
Bu barədə News365.az-a açıqlamasında Niyazi Mehdinin ailə üzvləri bildirib. 

Niyazi Mehdi ilə vida mərasimi Təzə Pir Məscidində keçiriləcək. Ailə üzvləri bildirib ki, Niyazi Mehdi saat 14:00-da dəfn olunacaq.

Qeyd edək ki, uzun zamandır ki, səhhətində problemlər yaranan professor Niyazi Mehdi ötən gecə Mərkəzi Gömrük Xəstəxanasında ürək əməliyyatı keçirib. O, əməliyyatdan sonra dünyasını dəyişib.

Sizin reklam burada
Sizin reklam burada