Türkiyənin məşhur serialı “Kızılcık şerbeti”ndə “Nilay” obrazına həyat verən aktrisa Feyza Civelekin qolu sınıb.
News365.az xəbər verir ki, o, bununla bağlı öz instaqram hesabında paylaşım edib.
“Qolumu sındırmışam. Görünməz qəza... Yenə bəd-nəzərə gəldim”, - deyə, aktrisa yazıb.
Xatırladaq ki, serialın baş rollarını Sıla Türkoğlu və Doğukan Güngör canlandırır.