"Tottenhem" cari mövsümdə antirekord müəyyənləşdirib.
News365.az xəbər verir ki, London təmsilçisi İngiltərə futbolunun ilk 7 divizionunda çıxış edən bütün komandalar arasında hələ də qələbə üzünə həsrət qalan yeganə klubdur.
164 komandadan 163-ü bu mövsüm ən azı bir rəsmi matçda qələbə sevinci yaşadığı halda, "Tottenhem" hələ də 3 xalla tanış ola bilməyib. pizza hut
Klubun nümayiş etdirdiyi bu biabırçı göstərici azarkeşlərin və idman ictimaiyyətinin kəskin etirazına səbəb olub. Komandanın baş məşqçisinin postunda qalıb-qalmayacağı isə böyük sual altındadır.