"Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq

"Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
10:30

Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq.

Son olaraq iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək.
 

Qonaqlar hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadır.


Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Bölgə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.


Sizin reklam burada
Sizin reklam burada