Rusiyada ən çox maaş alan fəhlə ixtisasları – “İlk 5-lik”

Rusiyada ən çox maaş alan fəhlə ixtisasları – “İlk 5-lik”
17:30

2026-cı ilin üçüncü rübündə Rusiyada fəhlə ixtisasları arasında ən yüksək maaş tornaçılara (“tokarlar”) təklif olunub. Onlar dəzgahlarda müxtəlif detalların hazırlanması və emalı ilə məşğul olurlar. Bu mütəxəssislərə maşınqayırma, metal emalı və avadanlıqların təmiri sahələrində də böyük tələbat var.

News365.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tornaçıların orta aylıq maaşı 209 081 rubl təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz çoxdur.

Reytinqdə ikinci yeri geodezistlər tutublar. Onlara ayda orta hesabla 198 131 rubl maaş təklif edilib. Bu peşə üzrə əməkhaqqı bir il ərzində 61 faiz artıb.

Geodezistlər layihələndirmə və tikinti işləri üçün ölçmələr aparır, obyektlərin düzgün yerləşdirilməsinə nəzarət edirlər.

Üçüncü yerdə gipskarton ustaları qərarlaşıblar. Onlara ayda orta hesabla 160 442 rubl maaş təklif olunub. Bu, ötən ilin göstəricisindən 24 faiz çoxdur. Onların vəzifələrinə arakəsmələrin quraşdırılması, divarların üzlənməsi və asma tavanların montajı daxildir.

Ən yüksək maaş təklif edilən ilk beş fəhlə ixtisası arasında mühərrik ustaları və fasad ustaları da yer alıblar.

Mühərrik ustalarına ayda orta hesabla 159 889 rubl maaş təklif edilib. Bu sahədə əməkhaqqı illik müqayisədə 30 faiz artıb.

Reytinqi tamamlayan fasad ustalarına isə ayda orta hesabla 150 142 rubl maaş təklif olunub. Onların əməkhaqqı bir il ərzində 15 faiz yüksəlib.


Sizin reklam burada
Sizin reklam burada