“Neftçi” “Qarabağ” səfərindən 1 xalla qayıdır

“Neftçi” “Qarabağ” səfərindən 1 xalla qayıdır
21:20

Misli Premyer Liqasında VIII turun oyunları davam edir.

News365.az xəbər verir ki, bu gün turun iki qarşılaşması keçirilib.

Turun mərkəzi görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Burada “Qarabağ” “Neftçi” ilə üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən matçda azarkeşlər 6 qol görüblər. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, bu nəticədən sonra “Neftçi” 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Eyni xala malik olan “Qarabağ” isə üçüncü sıradadır.


Sizin reklam burada
Sizin reklam burada