Xəzərdə qayıq qəzası: İki nəfər itkin düşdü

Xəzərdə qayıq qəzası: İki nəfər itkin düşdü
13:48

Xəzər dənizində baş verən qayıq qəzası iki nəfərin itkin düşməsi ilə nəticələnib. Hadisənin baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinə başlanılıb. Rusiya Fövqəladə Hallar Xidmətinin əməkdaşları itkin düşən şəxslərin tapılması üçün əməliyyatı davam etdirirlər.

News365.az xəbər verir ki, hadisə Rusiyanın Dağıstan Respublikasında, Sulak şəhəri yaxınlığında qeydə alınıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd İdarəsinin yaydığı məlumata əsasən, Xəzər dənizində qayıq aşıb və nəticədə iki nəfər itkin düşüb.

Axtarışlara geniş qüvvə cəlb olunub. Ərazidə Rusiya Fövqəladə Hallar Xidmətinin 28 əməkdaşı və 12 texnikası fəaliyyət göstərir. Bundan başqa, qurumun əməliyyata əlavə olaraq 7 mütəxəssis və 3 texnika ilə dəstək verdiyi bildirilir.

Hazırda qəzanın başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır. İtkin düşən şəxslərin axtarışı davam edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada