Nərgiz Məhəmmədinin müalicəsinə icazə verilmədi

Nərgiz Məhəmmədinin müalicəsinə icazə verilmədi
15:15

Zəncan əyalətinin məhkəmə tibb həkiminin azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin müalicə üçün cəzasının bir ay müddətinə təxirə salınmasının zəruriliyi barədə açıqlamasına baxmayaraq, məhkəmə orqanları buna icazə verməyib.

News365.az xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədi Fondu məlumat yayıb.

Məlumatda Məhəmmədinin vəziyyətinin ağır olduğuna diqqət çəkilib və onun həbsdən tibbi məzuniyyətə buraxılaması hüquq müdafiəçisinə qəsd kimi qiymətləndirilib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də ofisində ölü tapılan vəkil Xosrov Alikurdinin xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.


Sizin reklam burada
Sizin reklam burada