"Neftçi"dəki vəzifəsindən ayrıldı

"Neftçi"dəki vəzifəsindən ayrıldı
18 Fev 2025 15:40

Neftçi" futbol klubunun maliyyə direktoru Namiq Əlizadə vəzifəsindən ayrılıb.

News365.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Mütəxəssis klubla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Əlizadə bildirib ki, "Neftçi" çox böyük klubdur: "Əminəm ki, bir gün layiqli yerini bərpa edəcək".

Qeyd edək ki, o, bu vəzifəyə 2023-ci ildə təyin olunmuşdu.


Sizin reklam burada
Sizin reklam burada