Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü

Ağstafada ağır qəza: Avtomobil su arxına düşdü
22:20

Ağstafanın Həsənsu kəndi ərazisində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrinin toqquşması nəticəsində zərbənin şiddətindən maşınlardan biri yoldan çıxaraq su arxına düşüb.

Hadisə nəticəsində hər iki sürücü -1970-ci il təvəllüdlü Hicran Əmiraslanov və 1978-ci il təvəllüdlü Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. İlkin tibbi müdaxilədən sonra onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada