Türkiyədə futbol oyun zamanı jandarma çavuşu Ferhat Baykir infarkt keçirib.
News365.az xəbər verir ki, matç zamanı qəfil halı pisləşən Ferhat Baykir yerə yıxılıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ona ilkin yardım göstərdikdən sonra xəstəxanaya çatdırıb.
Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Ferhat Baykirin həyatını xilas etmək mümkün olmayıb.