Böyük Britaniyada hakim Leyborist Partiyasının yeni lideri və baş nazir olmağa hazırlaşan Endi Börnhem partiyasının İsrailin Qəzzaya hərbi əməliyyatlarının başlanğıcında tutduğu mövqeyə görə üzr istəyib.
News365.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin Leyborist Partiyasının lideri vəzifəsindən istefa verməsindən sonra partiya rəhbərliyinə və baş nazir postuna əsas namizəd kimi göstərilən Börnhem bu barədə "The Guardian" qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, Leyborist Partiyasının İsrailin Qəzzaya hücumlarına verdiyi ilk reaksiyanın düzgün olmadığını düşünən çox sayda insanın mövcudluğunu anlayır və buna görə təəssüf hissi keçirir.
"İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatların başlanğıcında partiyamın düzgün mövqe sərgiləmədiyini hesab edən çox sayda insan olduğunu bilirəm və buna görə üzr istəyirəm. Cavabımız əksər hallarda kifayət qədər adekvat olmadı. Biz daha yaxşı fəaliyyət göstərməliyik", – deyə Endi Börnhem vurğulayıb.