Türkiyə silah arsenalını satmaq istədi, amma Rusiya…

Türkiyə silah arsenalını satmaq istədi, amma Rusiya…
10 İyl 2026 19:20

Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini üçüncü bir ölkəyə təhvil vermək üçün Moskvadan razılıq istəyib.

News365.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, Ankara bu müraciəti Prezident Rəcəb Tayyib Ərdoğanın S-400 sistemlərinin Rusiyaya geri qaytarılması ilə bağlı təklifinin Moskva tərəfindən qəbul edilməməsindən sonra edib.

Eyni zamanda, bildirilib ki, Rusiyanın bu müraciətə necə cavab verdiyi hələlik məlum deyil.



Sizin reklam burada
Sizin reklam burada