Türkiyənin tanınmış aktyoru Kıvanç Tatlıtuğ və həyat yoldaşı, stil məsləhətçisi Başak Dizerin ikinci övladı olacaq.
News365.az xəbər verir ki, cütlüyün ikinci övladı dünyaya gəlməyə hazırlaşır. Bildirilir ki, Başak Dizer Tatlıtuğ hazırda hamiləliyinin beşinci ayındadır.
İddialara əsasən, cütlük qız övladı gözləyir. Bununla bağlı rəsmi açıqlama verilməsə də, xəbərin Türkiyə mediasında geniş əks-səda doğurduğu qeyd olunur.
Xatırladaq ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə Parisdə ailə qurublar. Cütlük ilk dəfə 2022-ci ildə oğulları Kurt Efenin dünyaya gəlməsi ilə valideyn olublar.