Avropa İttifaqı (Aİ) Ukraynanın 69 milyard dollarlıq müdafiə krediti hesabına Böyük Britaniyadan hərbi silah və texnika almasına icazə verəcək.
News365.az xəbər verir ki, bununla da Böyük Britaniya Aİ-nin Kiyevə təhlükəsizlik dəstəyi üzrə daha geniş mexanizminə inteqrasiya olunacaq.
Qərarın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə xidmət etdiyi bildirilir.