Goranboyda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Goranboyda iki avtomobil toqquşub: Xəsarət alanlar var
20:20

Goranboyun Rəhimli kəndində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, qəza nəticəsində üç nəfər - 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəstəxanaya yerləşdirilən yaralılara lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


Sizin reklam burada
Sizin reklam burada