ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 10 ədəd F-22 Raptor qırıcısı İrana qarşı keçirilən Operation Epic Fury əməliyyatında iştirak etdikdən sonra İsraildəki Ovda aviabazasından Böyük Britaniyanın RAF Fairford aviabazasına yerləşdirilib.
News365.az xəbər verir ki, bu barədə “The War Zone” (TWZ) məlumat yayıb.
Bildirilib ki, sözügedən addım ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinin mərhələli şəkildə azaldılması planının tərkib hissəsidir.