Həbsdə olan jurnalist Mehmet Akif Ersoy barəsində hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.
News365.az xəbər verir ki, Akif Ersoy “cinayət təşkilatı yaratma və idarə etmə”, “narkotik vasitələrin istifadəsini asanlaşdırma”, “11 epizod üzrə ağırlaşdırılmış cinsi zorakılıq” və “zəncirvari şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi” maddələri ilə təqsirli bilinib.
Ümumilikdə 266 ildən az olmayaraq azadlıqdan məhrum edilməsi istənilib.