Kənd təsərrüfatı nazirinin müşaviri Pərviz Ramiz oğlu Yusifov vəzifəsindən azad edilib.
News365.az xəbər verir ki, P.Yusifova nazirlikdə yeni vəzifə verilib.
Belə ki, o, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinə rəhbər təyin olunub.
Qeyd edək ki, P.Yusifov ötən ilin avqust ayında kənd təsərrüfatı nazirinin müşavir təyin edilmişdi.
Daha əvvəl isə o, "Agro Food Investments" MMC-nin törəmə şirkəti olan "GrandAgro-Invitro" MMC-nin baş icraçı direktoru vəzifəsində işləyib.