Nazir bu universitetə prorektor təyin etdi

Nazir bu universitetə prorektor təyin etdi
20 Apr 2025 11:39

ADU-nun Təhsil fakültəsinin dekanı Fikrət Cahangirov Bakı Slavyan Universitetinin prorektoru təyin edilib. 

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr verib.

Fikrət Cahangirov BSU-da tədris işləri üzrə prorektor olaraq fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, Fikrət Cahangirov 2007-2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin, 2015-2017-ci illərdə Pedaqoji fakültənin, 2017-ci ildən indiyədək Təhsil fakültəsinin dekanı olub.


Sizin reklam burada
Sizin reklam burada