Prezidentdən Füzuli Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Füzuli Musayevlə bağlı SƏRƏNCAM
16:24

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup  əməkdaş təltif edilib.

News365.az xəbər verir ki, təltif edilənlər arasında Əməkdar məşqçi, Əməkdar idman ustası, həmçinin karate üzrə dünya və Avropa çempionu Füzuli Musayev də var.

Belə ki, o, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, polkovnik Füzuli Musayev Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Klubunun rəisidir.

Karate üzrə 8-ci dan qara kəmər sahibi F.Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir.


Sizin reklam burada
Sizin reklam burada