Volkswagen Almaniyada 88 illik tarixində ilk zavodunu bağlayır

Volkswagen Almaniyada 88 illik tarixində ilk zavodunu bağlayır
16:50

Almaniyanın avtomobil istehsalçısı Volkswagen ölkə tarixində mühüm qərar verib. 

News365.az xəbər verir ki, şirkət Drezden şəhərində fəaliyyət göstərən zavodunda avtomobil istehsalını dayandıracağını açıqlayıb. 

Bu qərar Volkswagen-in Almaniyada 88 illik fəaliyyəti ərzində ilk zavod bağlanması kimi tarixə düşür.


Məlumata görə, qərar şirkətin istehsal strategiyasında və qlobal avtomobil bazarındakı dəyişikliklər fonunda qəbul edilib. Zavodun bağlanması Almaniya avtomobil sənayesində də mühüm hadisə kimi qiymətləndirilir.



Sizin reklam burada
Sizin reklam burada