Sumqayıtda 19 yaşlı qız dəm qazından boğulub.
News365.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Z.Hüseynovanın hamamda dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır./APA