Karib dənizindən ABŞ-a doğru hərəkət edən sərnişin təyyarəsi havada ciddi təhlükə ilə üzləşib. Kurasaodan Nyu-Yorka uçan “JetBlue” aviaşirkətinə məxsus reys ABŞ Hərbi Hava Qüvvələrinə aid yanacaq dolduran təyyarə ilə təhlükəli məsafəyə yaxınlaşıb.
News365.az-ın məlumatına görə, pilot vəziyyətin kritik həddə çatdığını görərək dərhal eniş prosedurunu dayandırıb və toqquşma riskini aradan qaldırmaq üçün manevr edib. Hava hərəkətinə nəzarət xidmətinin məlumatlarında qeyd olunur ki, hərbi təyyarə uçuş zamanı transponderini aktiv saxlamayıb və bu səbəbdən onun trayektoriyası mülki reysin marşrutu ilə kəsişib.
Hadisə ilə bağlı “JetBlue” rəhbərliyi federal qurumlara rəsmi məlumat verildiyini və istintaqa tam dəstək göstəriləcəyini bildirib. ABŞ Hərbi Hava Qüvvələri isə baş verənlərlə bağlı hələlik açıqlama yaymayıb.
Hadisənin detalları araşdırılır.
News365.az