Bu fənn hamı üçün Azərbaycan dilində keçiriləcək

Bu fənn hamı üçün Azərbaycan dilində keçiriləcək
13:58

Tədris dilindən asılı olmayaraq, bütün məktəblərdə "Azərbaycan tarixi" fənninin 6-cı sinifdən etibarən Azərbaycan dilində tədris edilməsi istiqamətində iş aparılır.

News365.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışında deyib.

Nazir, həmçinin "Azərbaycan dili "fənninin saatının artırılması istiqamətində də iş aparıldığını qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada