İstanbul Bölgə 5-ci İdarə Məhkəməsi CHP-nin prezidentliyə namizədi və İstanbul Bölgə Böyükşəhər Bələdiyyəsi (İBB) sədri Ekrem İmamoğlunun 31 illik universitet diplomunun ləğvi ilə bağlı işinə baxacaq.
News365.az xəbər verir ki, məhkəmə 15 yanvar 2026-cı il saat 11:00-də keçiriləcək.
Qeyd edək ki, İmamoğlunun diplomu “fakültə idarə heyətinin qərarı” olmadan İstanbul Universitetinin idarə heyəti tərəfindən ləğv edilmişdi.
20 iyun tarixli HSK qərarnaməsinə əsasən, İdarə Məhkəməsində Diplom Davasına baxacaq heyət formalaşdırılıb. 5-ci İdarə Məhkəməsi sədri və üzvlərdən biri Bölgə İdarə Məhkəməsinə təyin olunub. Onların yerinə Giresun və Kocaeli İdarə Məhkəmələrindən yeni hakimlər heyətə daxil edilib.
Digər tərəfdən, Ekrem İmamoğluna açılmış diplomla bağlı cinayət işi məjkəmədə 30 mart 2026-cı il tarixinə təxirə salınıb. Ara qərara görə, İdarə Məhkəməsində diplomun ləğvi ilə bağlı veriləcək qərarın nəticəsi gözləniləcək.
Ekspertlər bildirirlər ki, 15 yanvar tarixində çıxacaq İdarə Məhkəməsi qərarı həm İmamoğlunun olası prezident namizədliyinə, həm də 30 mart tarixində “rəsmi sənəddə saxtakarlıq” ittihamı ilə baxılacaq Diplom Davasında veriləcək qərara təsir göstərəcək.