İspaniya Baş naziri Pedro Sançes açıqlayıb ki, Madrid Ukraynaya 2 milyard avrodan çox müxtəlif yardım ayırıb.
News365.az-ın məlumatına görə, Baş nazir bu barədə mətbuat konfransında danışıb və bildirib ki, bu yardım paketi hərbi dəstək də daxil olmaqla müxtəlif sahələri əhatə edir.
Sançes əlavə edib ki, noyabr ayında Ukrayna prezidenti Volodimir Zelenski ilə Madriddə görüşdən sonra Kiyevə əlavə olaraq 615 milyon avro dəyərində yeni hərbi yardım paketinin göndərilməsi nəzərdə tutulub.
İspaniyanın bu yardımı, Ukraynaya beynəlxalq dəstəyin davam etdiyini göstərir və ölkənin hərbi və humanitar sahədə Kiyevə dəstəyini artırmaq niyyətini əks etdirir.
News365.az