"Niyə ingilis dili beynəlxalq dil ola bilir, Türk dili yox?”- Tənzilə Rüstəmxanlı

"Niyə ingilis dili beynəlxalq dil ola bilir, Türk dili yox?”- Tənzilə Rüstəmxanlı
15 Dek 2025 17:50

ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Türk Evində 15 dekabr - Dünya Türk Dilləri Ailəsi Günü münasibətilə “Dil mədəni kimliyi daşıyır” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan Respublikalarının BMT yanında daimi nümayəndələri, Şimali Kipr Türk Respublikasının təmsilçisi, eləcə də müxtəlif universitetlərin və elmi mərkəzlərin alimləri iştirak ediblər.  

 Millət Vəkili Tənzilə Rüstəmxanlı News365.az-a bildirib ki,  bu tədbir türk dilinin dünyaca ünsiyyət vasitəsi olması yolunda atılmış ilk addımdır:

"Dilimizi qorumaq vacibdir. Türk milləti qədim bir millətdir və tarixdə öz yeri var. Türk dili də bu millət qədər qədimdir. Bugün dünyanın ünsiyyət dili türk dili niyə olmasın? Niyə ingilis dili beynəlxalq dil ola bilir, türk dili yox?.

Türk dili geniş bir coğrafiyanı əhatə etdiyi üçün gələcəkdə inkişaf edərək türk dövlətləri arasında ünsiyyət dili rolunu oynayacağına ümid edirik. Bu tədbir də bu istiqamətdə atılmış mühüm addımdır.”


Sizin reklam burada
Sizin reklam burada