Tayland Kamboca ilə atəşkəs danışıqlarına başlamaq üçün üç əsas şərtin yerinə yetirilməsini tələb edir.
News365.az xəbər verir ki, bu barədə Tayland Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin baş direktoru və sözçüsü Nikondeth Phalangkun brifinqdə açıqlama verib.
O bildirib ki, danışıqların başlaması üçün Kamboca tərəfindən üç tələb yerinə yetirilməlidir:
Kamboca açıq şəkildə atəşkəs elan etməlidir;
Atəşkəsin tətbiqi və qorunması təmin olunmalıdır;
Kamboca mina təmizləmə işlərində fəal iştirak etməlidir.
Phalangkun həmçinin vurğulayıb ki, Tayland sərhəd münaqişəsinin sülh yolu ilə həllinə dəstək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.
News365.az