NATO-nun baş katibi bu gün Polşaya gedəcək

NATO-nun baş katibi bu gün Polşaya gedəcək
26 Mar 2025 09:20

Bu gün NATO-nun baş katibi Mark Ruttenin Polşaya səfər edəcək.

News365.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Rutte Polşa prezidenti Anjey Duda, baş nazir Donald Tusk, müdafiə naziri Vladislav Kosinyak-Kamış və xarici işlər naziri Radoslav Sikorski ilə görüşəcək.

Tusk ilə danışıqlardan sonra mətbuata birgə bəyanatların verilməsi planlaşdırılır.

Bundan əlavə, NATO-nun baş katibi Varşava İqtisadiyyat Məktəbində çıxış edəcək.


Sizin reklam burada
Sizin reklam burada