Gəncədə xəstəxanaya müayinəyə gələn qadın ölüb.
News365.az xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.
Belə ki, xəstəxanaya MRT müayinəsinə gələn 1958-ci il təvəllüdlü Z.Cəfərovanın halı qəfil pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum ölüb.
Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gəlibmiş.