MSK sədrindən MARAQLI ÇIXIŞ: "Məsuliyyətimiz..."

MSK sədrindən MARAQLI ÇIXIŞ: "Məsuliyyətimiz..."
16:46

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə keçirilən ilk iclasında sədr vəzifəsinə seçilən Məzahir Pənahov çıxışı ilə diqqət çəkib.

News365.az xəbər verir ki, o, Milli Məclisdə onun fəaliyyəti ilə bağlı səsləndirilən müsbət fikirlərin bu vəzifəyə seçilməsində mühüm rol oynadığını vurğulayıb.

Pənahov göstərilən etimada görə həm parlament üzvlərinə, həm də komissiya üzvlərinə təşəkkür edib. Onun sözlərinə görə, MSK-nın üzərinə düşən vəzifələr hər zaman yüksək məsuliyyətlə yerinə yetirilib və bu prinsip bundan sonra da qorunacaq:

“İndiyədək qarşımıza qoyulan bütün tələbləri yerinə yetirməyə çalışmışıq. Bu gün bizə göstərilən etimad isə məsuliyyətimizi daha da artırır. Qarşıdakı dövrdə də seçki prosesinin şəffaf, ədalətli və qanunvericiliyə uyğun keçirilməsi üçün səylərimizi davam etdirəcəyik”.

Qeyd edək ki, keçirilən səsvermə zamanı Məzahir Pənahov yekdilliklə MSK sədri seçilib. O, növbəti 5 il ərzində bu vəzifəni icra edəcək. Bu müddət ərzində ölkədə keçiriləcək seçkilərin təşkili və idarə olunması birbaşa onun rəhbərliyi altında həyata keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada