Moskva paradı Maduronun xoşuna gəlib

Moskva paradı Maduronun xoşuna gəlib
08:30

Venesuela prezidenti Nikolas Maduro mayın 9-da Moskvada keçirilən Qələbə Paradını yüksək qiymətləndirib. Venesuela prezidenti bu barədə özünün Telegram kanalındakı hesabında yazıb.


“Prezident Vladimir Putini və bütün Rusiya xalqını Qələbə Günü münasibətilə təbrik edirik. Biz Qırmızı Ordunun faşizm üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli hərbi paradın şahidi olduq”, - Maduro yazıb.

Xatırladaq ki, dünən Qızıl Meydanda Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib. Qızıl Meydandakı paradda 11 mindən çox hərbçi, o cümlədən 1,5 min xüsusi təyinatlı hərbçi iştirak edib.



Tural


Sizin reklam burada
Sizin reklam burada