Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranıb.
Bu barədə sədrin qardaşı Mirfayaz Fəttayev məlumat verib.
Onun sözlərinə görə, Mirmahmud Mirəlioğlu hazırda evdə müalicə olunur:
"Qrip olub, hamı kimi soyuqlayıb. Bu səbəbdən evdə müalicə olunur. Narahatçılığa əsas yoxdur".
Qeyd edək ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranmışdı. Bir müddət Bakıda müalicə olunan sədr sonradan Türkiyəyə aparılmış və orada əməliyyat edilmişdi.