“Sən gəlməz oldun” mahnısı necə yaranıb?- ACI DETALLAR

“Sən gəlməz oldun” mahnısı necə yaranıb?- ACI DETALLAR
16:33

Məlum olduğu kimi “Sən gəlməz oldun” mahnısı 50 ildir ki, dillər əzbəridir. Və bu gün də sevilə-sevilə oxunur, dinlənilir. Bu mahnı hətta bir çox xalqların da sevilən nəğməsinə çevrilib.

Bəs bu nəğmə necə yaranıb?

Bildiyimiz kimi mahnının müəllifi sevilən bəstəkar Ələkbər Tağıyevdir. O bu mahnını bu dünyadan nakam getmiş bir yaxınına-Sevda xanıma həsr edib.

Tağızadə Sevda Mirzəbala qızı 1949-cu ildə Bakıda anadan olub. Ailədə iki qardaş, beş bacı olublar. Sevda Tağızadə 150 saylı orta məktəbi bitirib. D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1974-cü ildə bəstəkar Ələkbər Tağıyevin qardaşı oğlu Fikrət Tağıyevlə ailə qurub. 1975-ci ildə oğlu Niyazi dünyaya gəlir. Lakin qeysəriyyə əməliyyatından bir gün sonra Sevda xanımın vəziyyəti pisləşir. Məlum olur ki, həkim diqqətsizliyi nəticəsində (çox məşhur həkim idi.) qarın nahiyəsində uşağın plasentasının fraqmenti qalıb. Nəticədə qanın zəhərlənməsi baş verir. O vaxt SSRİ-də ən çətin tapılan güclü dərmanlar gətizdirilir, qadın xilas olunur. Lakin 1978-ci ildə ikinci dəfə ana olmaq istəyən Sevda xanımda xəstəlik yenidən oyanır. Həkim çoxsaylı cəhdləri nəticə vermir, Sevda Tağızadə 1978-ci ilin noyabrında 29 yaşında dünyasını dəyişir. Ələkbər Tağıyev qardaşının gəlinin vaxtsız ölümündən çox kədərlənir və “Sən gəlməz oldun” mahnısını Sevdaya həsr edir. Qeyd edim ki, Sevda xanımın 51 yaşlı oğlu Niyazi Tağızadə hazırda xarici ölkədə yaşayır.

Bu mahnını vaxtilə Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev, Əlixan Səmədov kimi sənətçilər ifa ediblər. Xarici müğənillərdən Sibel Can, Gülay Sezər, Azərbaycan dilində Sati Kazanova, rus dilində Soqdiana (“Məni yada sal” adı ilə) “Sən gəlməz oldun” mahnısını oxuyublar.

News365.az


Sizin reklam burada
Sizin reklam burada