Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
News365.az xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimindən sonra mərhum şair son mənzilə yola salınıb.
Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.
***
Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu ilə "Təzə Pir" məscidində vida mərasimi keçirilib.
News365.az-ın məlumatına görə, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyət, mərhum şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətinə toxunublar.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov onun yarım əsrlik ədəbi fəaliyyətini ciddi araşdırma mənbəyi olacağını qeyd edib.
Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu bildirib. O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb.
Yazıçı Seyran Səxavət isə çıxışında Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu ifadə edib.
Yekunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
***
Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Bu barədə News365.az-a mərhum şairin ailəsindən məlumat verilib.
Bildirilib ki, Çingiz Əlioğlu ilə əvvəlcə Təzə Pir məscidində vida mərasimi keçiriləcək.
Mərasimin ardınca cənazə Qurd qapısı qəbiristanlığına aparılaraq dəfn olunacaq.
Qeyd edək ki, Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib.