Taylor Swift üçün 20-yə yaxın gəlinlik modeli hazırlanıb.
News365.az xəbər verir ki, Taylor Swiftin mümkün toy libası pərəstişkarları arasında böyük maraq doğurub.
ABŞ-də təxminən 200 mağazası olan “David’s Bridal” şirkətinin dizayn komandası müğənninin üslubundan ilhamlanaraq 20-yə yaxın gəlinlik modeli hazırlayıb.
Dizaynlarda Hollivud qlamuru və aşağı bel siluetlərinə üstünlük verilib.