Xəbər verdiyimiz kimi, tanınmış xanəndə və aparıcı Gülzar Fərəcova aparıcısı olduğu verilişdə doğum gününü qeyd edib.
News365.az xəbər verir ki, proqramın kollektivi sənətçinin 30 illik yubileyi münasibətilə onun üçün sürpriz hazırlayaraq ilk dəfə doğma bacısını efirə dəvət edib. Bacısı canlı yayımda Gülzar Fərəcovanı təbrik edərək ona xoş arzularını çatdırıb.
Müğənninin bacısının da gözəlliyi izləyicilərin diqqətindən yayınmayıb. Efirdən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb, paylaşımın şərh bölməsinə çoxsaylı rəylər yazılıb və kadrlar minlərlə bəyənmə toplayıb./Milli.az