İran iqtisadiyyatı çökəcək? Mərkəzi Bank sədrindən Trampa cavab

İran iqtisadiyyatı çökəcək? Mərkəzi Bank sədrindən Trampa cavab
13:22

ABŞ-nin sanksiyaları və ölkədəki iqtisadi çətinliklər fonunda İran Mərkəzi Bankı valyuta ehtiyatlarının kifayət qədər olduğunu açıqlayıb. Bank rəhbərliyi bazarda sabitliyi qorumaq üçün əlavə maliyyə resurslarından istifadə etməyə hazır olduğunu bildirib.

News365.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank son hadisələr fonunda valyuta bazarına 2 milyard dollara qədər vəsait yönəltməyə hazırdır.

“ABŞ Prezidenti Donald Trampa deyirəm: İranın xarici valyutası var və bu, kifayət qədərdir. Tam dürüstlüklə deyirəm ki, iqtisadi şərait və dolanışıq vasitələrinin idarə olunması çətinləşib, amma çöküş heç vaxt baş verməyib və olmayacaq”, – deyə Hemmati bildirib.

Mərkəzi Bank sədri qeyd edib ki, qurum xarici valyuta üzrə debitor borclarının toplanmasını davam etdirir. Onun sözlərinə görə, bankın daxili ehtiyatları və digər maliyyə resursları da mövcuddur.

Hemmati bununla İran iqtisadiyyatının mövcud çətinliklərə baxmayaraq, maliyyə dayanıqlığını qoruduğu mesajını verib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada