Məşhur reper Tupakın qatili 30 il sonra tapıldı

Məşhur reper Tupakın qatili 30 il sonra tapıldı
14:42

1996-cı ildə məşhur reper Tupak Şakurun qətlini təşkil etməkdə ittiham olunan keçmiş dəstə lideri Duayn “Keffi Di” Devis məhkəmənin hökmü ilə təqsirli bilinib.

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, 1996-cı ildə baş vermiş qətl işi üzrə çıxarılan ilk hökmdür. Andlılar məhkəməsi Devisi ölümcül silahdan istifadə etməklə qətldə təqsirli bilib.

Tupak Şakur 1996-cı il sentyabrın 7-də Las-Veqasda hərəkətdə olan avtomobildən açılan atəş nəticəsində öldürülüb.

Prokurorluğun iddiasına görə, şəhərin cənub hissəsində fəaliyyət göstərən “Compton Crips” dəstəsinin keçmiş lideri olan Devis qətlin təşkilatçısı olub və silahı qardaşı oğlu Orlando Andersona verib. Andersonun Tupak Şakura atəş açdığı bildirilir.

Devis 2008-ci ildə polisə verdiyi ifadədə atəş açılan avtomobildə olduğunu, lakin silahdan özü istifadə etmədiyini bildirib. Onun bu ifadəsi sonradan cinayət işi üzrə əsas sübutlardan biri kimi istifadə olunub.

63 yaşlı Devis hökmü apellyasiya qaydasında mübahisələndirəcəyini bildirib. Cəzanın müəyyənləşdirilməsi ilə bağlı məhkəmə iclası oktyabrın 13-nə təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada