Ukrayna Silahlı Qüvvələrinin (VSU) tərəfində döyüşmüş, qondarma "Donetsk Xalq Respublikası"nda qiyabi olaraq 14,5 il müddətinə azadlıqdan məhrum edilən məşhur britaniyalı muzdlu Kristofer Qarret öldürülüb.
Bu barədə "Teleqraf" qəzeti məlumat yayıb. Nəşr yazıb ki, muzdlu Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında aradan götürülüb.
Məqalə müəllifi bildirib ki, britaniyalı hərbçi şəhərdə minalardan təmizləmə əməliyyatlarına kömək etmək üçün fəaliyyət göstərib. O, ölkənin şərqində baş verən insident nəticəsində ölüb. Jurnalistlər əsgərin bir gün əvvəl ağır yaralandığını qeyd ediblər. Ətraflı məlumat verilmir.
Bundan əlavə, şəhər ərazisində daha bir muzdlu öldürülübmüş.
Hadisə ilə bağlı Ukraynada araşdırma başlayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də, sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.
Tural