Jan Pyer və Lyuk Dardenne qardaşlarının "Rosetta" (1999) filmindəki roluna görə "Kann" Film Festivalında "Qızıl Palma" mükafatını qazanan belçikalı aktrisa Emili Dekenn 44 yaşında nadir rastlanan xərçəng növündən vəfat edib. Bu barədə onun ailəsi və agenti Daniel Gein AFP-yə məlumat verib.
2023-cü ilin oktyabrında Dekenə adrenokortikal xərçəng (endokrin sistem xərçəngi-red.) diaqnozu qoyulubmuş.
Dekenn 29 avqust 1981-ci ildə Belçikanın Beloeil kommunasında anadan olub. O, Qızıl Palma ilə yanaşı, Fransanın ən yüksək kino mükafatı olan beş "Sezar" heykəlciyinə (2000, 2003, 2005, 2015, 2021) layiq görülüb. Aktrisa həmçinin "Qurd Qardaşlığı" (Le pacte des loups, 2001), "Partnyor" (L'quipier, 2004), "Sevgidən sonra" (perdre la raison, 2012) və "Close"(2022) filmlərindəki rolları ilə də tanınır.
Tural