Nə qədər mənfur, nə qədər çirkin, nə qədər murdar niyyətli, xəbis qəlbli məxluqlar var. Məscidləri də bölürlər, parçalayıb tikə - tikə etdikləri məzhəbləri, təriqətləri kimi. Bu, "şiə məscidi"ymiş, filan "sünni məscidi"ymiş, əllan "vəhhabi məscidi"ymiş... Məscidin də sünnisi, şiəsi var? Azərbaycanda məscidlər şiə və sünni vəya sələfi məzhəbi üzrə qeydiyyatdan keçmir. İslam dini icmaları üzrə qeydə alınır. Dövlət sizi Allahın Quranda
dediyi kimi ümumi olaraq müsəlman hesab edir, icmaları, məscidləri də bu cür qeydiyyatdan keçirir. Ancaq özünüz sonra şeytanın tələbinə uyğun olaraq bölünüb parçalanır, məzhəbə, təriqətə, təfriqəyə, nifaqa, ixtilafa düşürsünüz. Hətta daşı-divarı da, ibadət evini, məscidi də sünni - şiəyə bölürsünüz. Allah Quranda təkidlə bölünməyi, təfriqə etməyi haram edir. Amma bu haramı vecinizə də almırsınız, Yaradana üsyan edirsiniz, onun sözünə, əmrinə tabe olmursunuz...