Azərbaycan-Mərkəzi Asiya əlaqələri yeni zirvəyə çatdı

Azərbaycan-Mərkəzi Asiya əlaqələri yeni zirvəyə çatdı
10:53

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığını strateji prioritet kimi davam etdirir və bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə sürətlə genişlənir.

Son illər bu əməkdaşlıq çərçivəsində həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin liderlərinin bir-birinə rəsmi səfərləri artıb.

Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, son 3 il ərzində Mərkəzi Asiya ölkələri liderlərinin Azərbaycana 30 səfəri, Azərbaycan Prezidentinin isə 13 səfəri baş tutub.


Bayramov vurğulayıb ki, ticarət dövriyyəsi də sürətlə artır və Özbəkistanla ticarət həcmi ötən illə müqayisədə 87% artaraq 315 milyon dollara çatıb.

Ekspertin sözlərinə görə, bu inkişaf tempinin səbəbi yalnız iqtisadi deyil, həm də tarixi, mədəni, dini və milli bağlarla bağlıdır. Azərbaycan həm coğrafi mövqeyi, həm də orta dəhliz üzərində yerləşməsi ilə Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxışda körpü rolunu oynayır. Bu, ölkənin tranzit və logistik imkanlarını artırmaqla yanaşı, Mərkəzi Asiya ölkələri üçün də strateji əhəmiyyət kəsb edir.


Sizin reklam burada
Sizin reklam burada