Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb.
News365.az xəbər verir ki, hadisə paytaxtın Həsən bəy Zərdabi küçəsində qeydə alınıb. Belə ki, 10-LY-204 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü geriyə dönən zaman əks yoldan gələn motosikletin qarşısına çıxaraq qəza şəraiti yaradıb. Motosikletin sürücüsü irad bildirən zaman, o, "neynirsən" deyərək özünü haqlı çıxarmağa çalışıb. Lakin motosiklet sürücüsünün kamerasının olduğunu görən zaman səhvini anlayaraq yoluna davam edib.