”Yəqin ki, zamanla biz qadınların da icra başçısı vəzifəsində çalışmalarını görəcəyik”- Deputat

”Yəqin ki, zamanla biz qadınların da icra başçısı vəzifəsində çalışmalarını görəcəyik”- Deputat
16:08

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyevin sərəncamları ilə Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonlara icra hakimiyyətləri başçıları təyin olunub.

Maraqlıdır ki, təyinat alanlar arsında zərif cinsin nümayəndələri yoxdur. Ümumiyyətlə rayon icra hakimiyyəti başçıları arasında da qadınlara rast gəlinmir.

Mövzu ilə bağlı fikirlərini News365.az -lə bölüşən Millət vəkili Elşad Musayev deyir ki, ictimai həyatımızın müxtəlif sahələrində qadınların rəhbər vəzifədə çalışması faktları çoxdur:

“Təbii ki, istərdik ki, digər sahələrdə olduğu kimi icra başçıları sırasında da qadınlar olsun. Amma görünür bu sahədə daha çox rayonların xüsusiyyətləri nəzərə alınır. Ona görə kişilərə üstünlük verilir. Yerli idarəetmə və icra orqanları ilə bağlı müəyyən islahatlar gözlənilir. Və növbəti addımlarda qadınların rəhbər vəzifələr tutmasında heç bir əngəl yoxdur.Yəqin ki, zamanla biz qadınların müxtəlif rəhbər vəzifələrdə, o cümlədən də icra başçısı vəzifəsində çalışmalarını görəcəyik”.

 News365.az 


Sizin reklam burada
Sizin reklam burada