Konqoda mədən faciəsi: 70 işçi həyatını itirdi

Konqoda mədən faciəsi: 70 işçi həyatını itirdi
11:44

Konqo Demokratik Respublikasının Lualaba əyalətində yerləşən Kolvezi şəhərindəki mədəndə böyük uçqun baş verib. 

 News365.az xəbər verir ki, ilkin məlumatlara görə, dağıntılar altından 70 mədənçinin cəsədi çıxarılıb.

Hadisə yerində axtarış-xilasetmə qrupları fəaliyyətini davam etdirir. Rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməsə də, mədənin girişində böyük təhlükəsizlik çaxnaşması yaşandığı bildirilir.

Ölkə mediası yazır ki, uçqun Kavama mədənində genişmiqyaslı çökmə nəticəsində baş verib. Mədənlərdə nəzarətin zəifliyi, təhlükəsizlik standartlarının olmaması və köhnə infrastruktur Konqo Demokratik Respublikasında tez-tez ölümcül qəzaların yaşanmasına səbəb olur.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada