ABŞ Maduroya qarşı yeni sanksiya addımı atır: Terror rəhbəri kimi tanınacaq

ABŞ Maduroya qarşı yeni sanksiya addımı atır: Terror rəhbəri kimi tanınacaq
10:59

ABŞ Venesuela Prezidenti Nikolas Maduro ilə əlaqəli olan narkotik kartelini Xarici Terror Təşkilatı elan edəcək.

News365.az xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidməti yayıb. Həmin açıqlamaya görə, "ABŞ Dövlət Departamenti 24 noyabr 2025-ci il tarixində Cartel de los Soles-i Xarici Terror Təşkilatı kimi təyin etmək niyyətindədir".

ABŞ administrasiyasının məlumatına görə, kartelə "Nikolas Maduro və digər yüksək vəzifəli" Venesuela rəsmiləri rəhbərlik edir.

Qeyd edək ki, Maduro belə bir təşkilatın olmadığını iddia edir.


Sizin reklam burada
Sizin reklam burada